Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.
Xidmət təminatçılarının siyahısı
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Dövlət Miqrasiya Xidməti tərəfindən yaşama icazələri verilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq sistem (VMMS) tərəfindən şəxsin eyniləşdirilməsini təmin edən unikal kod (PİN kod) verilir.
Sistem tərəfindən verilən həmin PİN kod (5 və ya 6 simvoldan—hərf və rəqəm—ibarətdir) icazə vəsiqələrinin (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri) üz tərəfinin altı boyunca maşınla oxuna bilən iki zolaqlı optik nəzarət oxusu hissəsində qeyd olunur.
Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvafiq vəsiqələrdə (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, qaçqın vəsiqəsi) PİN kod xüsusi işarə ilə (tünd rəngində) fərqləndirilmişdir.