Haqqında

“Miqrasiya Könüllüsü” İctimai Birliyi Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biridir. Miqrasiya Könüllüsü layihəsinə 7 fevral 2019-cu ildə Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynovun təşəbbüsü ilə başlanılmış və 28 iyun 2019-cu ildə “Miqrasiya Könüllüsü” İctimai Birliyi formalaşmışdır.

Məqsəd/Missiya

İctimai Birliyin prioritet istiqamətlərindən biri qeyri-hökumət təşkilatları ilə əlaqələrin gücləndirilməsi və mövcud əməkdaşlığı artırmaqla Azərbaycanın gənclər siyasətinə töhfə verməkdir. İctimai Birlik əsas missiyasını mütəmmadi olaraq gənclərə yeni biliklər və təcrübə əldə etmək, şəxsi inkişaflarını yeni imkanlarla təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək, Xidmətin fəaliyyətinə cəlb etməklə, onları bu sahə ilə daha yaxından tanış etmək imkanı yaratmaqla həyata keçirir.  İctimai Birlik 7 departament üzrə 24 nəfərlə təmsil olunur.

Miqrasiya Könüllüsü İctimai Birliyinə üzv olmaq üçün indiyədək 6872 nəfər gənc qeydiyyatdan keçib.

Miqrasiya könüllüsü olmaq istəyən gənclər üçün tələblər:

  • Ali təhsil müəssisələrinin bakalavr və magistr pilləsində təhsil almaq;
  • Intizamlılıq;
  • Operativlik;
  • Səliqəlilik;
  • Təşəbbüskarlıq;
  • Ünsiyyət bacarıqlarına sahib olmaq;
  • Komandada işləmək bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Kompüterdən istifadə etmək bacarığı.

Layihələr:

 

Gənclərin şəxsi inkişaflarını yeni imkanlarla təmin etmək yönümündə yarandığı ilk vaxtdan etibarən İctimai Birlik tərəfindən bir sıra uğurlu layihələrə imza atılıb.

İngilis dilində düzgün yazı və tələffüzün öyrənilməsinə, gənclər arasında ingilis dilinin akademik səviyyədə təşviqinə xidmət edən “Spelling Bee” layihəsi, gənclərin müxtəlif sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşlərini təşkil edib müxtəlif uğur hekayələrinin təhlili, fikir mübadiləsi və sair açıq müzakirələr yolu ilə fərdi inkişafın təmin olunmasına nail olmaq məqsədi daşıyan “Gənclik İnkişaf Forumu”, gənclərin dünyagörüşü, bilik və qabiliyyətlərinin praktiki cəhətdən inkişaf etdirilməsinə kömək göstərən “Xəmsə” formatlı “2 Cahan” intellektual bilik yarışı İctimai Birlik tərəfindən həyata keçirilən uğurlu layihələr sırasında yer alır.

“ Öyrənməyə bizimlə başla”, “Musiqi Saatı”, “Sağlam Həyat Tərzi”, “Onlayn İnkişaf Platforması”, “Danışır Həmvətənimiz”, “Dizayn Məktəbi”, “Natiqlik və Ünsiyyət Forumu”, “BiznesMən” və “Könüllü İstedad”

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin bir-birindən fərqli istiqamətlər üzrə qrant qazanmış 4 layihəsi- “Kəşf-et öyrət”, “PR Məktəbi”, “Hüquq və Gənc Hüquqşünaslar”, “Diplomatiya:Müasir Trendlər” layihələri  Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Gənclər Fondu maliyyə dəstəyi ilə həyata keçirilib.

 

Tərəfdaşlar:

Tərəfdaşlıq istiqamətində gələcək əməkdaşlığın artması məqsədilə "Miqrasiya Könüllüsü" İctimai Birliyi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi, Vüqar Həşimov adına Şahmat Akademiyası, "ASAN Könüllülləri" Gənclər Təşkilatı İctimai Birliyi, Azərbaycan Tibb Universiteti və “Boston Training Center” şirkəti  arasında anlaşma memorandumları imzalanmış, birgə layihələr həyata keçirilmişdir.

 

Aprel ayından etibarən Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar İctimai Birlik  ölkədə fəaliyyət göstərən Nazirlər Kabineti yanında Operativ Qərargahının tələb və təkliflərini rəhbər tutaraq bütün istiqamətlər üzrə keçirilən layihələri sosial izolyasiya qaydalarına tam uyğun olaraq onlayn platformalar üzərindən həyata keçirməyə başlamışdır.

Ölkədəki xüsusi karantin rejiminin həyata keçirildiyini zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən 18 könüllü təşkilatları və hərəkatları tərəfindən 27 mart 2020-ci il tarixində yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təsisatçıları arasında “Miqrasiya Könüllüsü” İctimai Birliyi də vardır.  AKƏM-in çətiri altında həyata keçirilən sosial maarifləndirici aksiyalar çərçivəsində miqrasiya könüllüləri fəal iştirak edərək hərəkata dəstək olublar.

Pandemiya dövründə həyata keçirilən ən önəmli layihələr sırasında Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Gənclər Fondu və AKƏM-in birgə təşkilatçılığı 15 iyun Milli Qurtuluş Günü münasibətilə baş tutan “Şərəfli Tariximiz” adlı onlayn tədbir yer tutur. Miqrasiya Könüllülərinin təşəbbüsü ilə həyata keçirilən tədbirdə ölkədə fəaliyyət göstərən müxtəlif könüllü təşkilatları və hərəkatlarının üzvləri, gənc sənətçilərin iştirak ediblər.

 



2000 simvol qalıb

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur