Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Azərbaycan Respublikası ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və  vəzifələri Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi ilə müəyyən olunur. Miqrasiya Məcəlləsinin 76.3-cü maddəsinə (Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər) əsasən  Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməlidirlər.

Nəzərə çatdırırıq ki, viza əsasında  Azərbaycan Respublikasına gələn əcnəbilərin gəlişinin bəyan edilmiş məqsədi onlara verilən  vizalardakı səfərin  məqsədinə uyğun olmalıdır.  Ölkəmizə gələn  əcnəbilərə rəsmi, işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə vizalar verilir.

Bu qaydaların pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.3-cü maddəsinə (Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına) əsasən inzibati məsuliyyətə səbəb olur.

Eyni zamanda, əcnəbilər Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərkən, onların bu qaydalara əməl etmələri  tövsiyə edilir. 

Səhifənin son yenilənmə tarixi: 20.01.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti