Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

İşəgötürənlərin NƏZƏRİNƏ !


Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazələri, əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin və digər faydalı, işgüzar mövzuların müzakirəsi məqsədilə DMX-nin rəisi cənab Vüsal Hüseynovun rəhbərliyi ilə yerli və xarici iş adamları ilə görüş keçiriləcək.

Görüş 2018-ci il may ayının 18-də saat 15-də Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 1222 ünvanında “Caspian Business Hotel”in (Bakı Kondisioner Zavodunun yaxınlığı) konfrans zalında olacaq.

DMX tədbirdə işəgötürən müəssisələrin rəhbərlərinin (yaxud hüquqşünaslarının və kadr məsələləri üzrə məsul şəxslərin) iştirakını tövsiyə edir.

İştirak üçün (012) 5656118 (dax.,115; 311), (055)5106614 telefon nömrələri və shahriyar.m@migration.gov.az email ünvanı vasitəsilə Dövlət Miqrasiya Xidmətinə əvvəlcədən məlumat verməyiniz xahiş olunur.  

Səhifənin son yenilənmə tarixi: 06.12.2020


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti