Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin NƏZƏRİNƏ!  


Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 24 fevral 2015-ci il tarixli Qanununa əsasən  Məcəllənin 21.2-ci maddəsində “informasiya ehtiyatı, poçt,” sözləri “informasiya ehtiyatı,” sözləri ilə əvəz edilib. Beləliklə, bu il aprelin 1-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı poçt şöbələrində aparılmayacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az saytına daxil olmaqla elektron qaydada və yaxud Xidmətin regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər. 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əlavə məlumat üçün (012) 919 nömrəsinə müraciət edə bilərsiniz.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur