Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə işə qəbulla əlaqədar elan edilmiş müsahibədə iştirak edəcək namizədlərin NƏZƏRİNƏ:


Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsahibədə iştirak edəcək hər bir namizədə onun vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını (xüsusilə Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”) tətbiq etmək sahəsində bilik və bacarığının müəyyən edilməsi, həmçinin peşəkar keyfiyyətlərinin ümumi (dünyagörüşü, özünü təqdimetmə, fikir və rəyini ifadəetmə, təmkinlilik, təşəbbüskarlıq, problemləri həlletmə və s.) qiymətləndirilməsi üçün müvafiq suallar veriləcək.

Müsahibə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş qrafikə uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) keçiriləcək.

Namizədlərə müsahibənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur