Dövlət Miqrasiya Xidməti yeni platformasına start verir


Dünyada əhali yerdəyişməsinin artması miqrasiyanın çevik və səmərəli prosedurlar əsasında idarəolunmasında elmi araşdırmalara əsaslanan siyasətlərin tətbiqini şərtləndirir.

Bu məqsədlə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ölkədə miqrasiya sahəsində tədqiqatların aparılmasının təşviqi, eləcə də elmi dairələrin miqrasiyanın idarəedilməsinə cəlb edilməsi məqsədilə Azərbaycan Miqrasiya Araşdırmaları Təşəbbüsünə (AMAT) start verir. AMAT Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə yaradılan miqrasiya sahəsində peşəkar elmi fəaliyyətlə məşğul olan tədqiqatçılar və ekspertlər üçün nəzərdə tutulmuş xüsusi platformadır.

AMAT elmi dairələr və Dövlət Miqrasiya Xidməti, eləcə də Xidmətin yerli və beynəlxalq tərəfdaşları arasında işgüzar əlaqələrin qurulmasına dəstək göstərəcəkdir. 

Ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz.

Magistr və yuxarı elmi dərəcəsi olan tədqiqatçılardan, eyni zamanda bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərdən CV və miqrasiya sahəsində təcrübələrini əks etdirən məlumatları (məs: tədqiqatların nəşr olunduğu jurnalın adı, linkləri və ya elektron versiyaları) 31 may 2019-cu il tarixədək research@migration.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur