newsPhoto

8 mart - Beynəlxalq Qadınlar günü Dövlət Miqrasiya Xidmətində qeyd edilib

Dövlət Miqrasiya Xidmətində 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxış edərək Xidmətin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, tarixən Azərbaycanda qadına, anaya daim böyük ehtiram, hörmət bəslənilib.

 

Fərəhli haldır ki, bu gün Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edir, taleyüklü milli məsələlərin həllinə dəyərli töhfələr verir. Məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, bu gün Azərbaycan qadınının nə qədər fəal və böyük uğurla fəaliyyət göstərməsinə bariz nümunədir. Qeyd edilib ki, qadınlarımız elm, təhsil, mədəniyyət, səhiyyə və eləcə də miqrasiya sahəsinin inkişafına dəstək verməklə böyük potensiala malik olduqlarını təsdiq edirlər.

Sonra tədbir iştirakçıları Xidmətin əməkdaşlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur