Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycan nümayəndə heyəti Dubay Beynəlxalq Hava Limanında miqrasiya xidmətləri ilə tanış olub

Dubay Əmirliyində səfərdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da Dubay Beynəlxalq Hava Limanında miqrasiya xidmətləri ilə tanış olub. Nümayəndə heyətini Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə müşayiət edib.

Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru, general-mayor Məhəmməd Əhməd Əl-Mərri, Dubay Beynəlxalq Hava Limanının miqrasiya məsələləri üzrə rəisi, general-briqadir Talal Şanqiti və digər yüksək vəzifəli rəsmilər Azərbaycan nümayəndə heyətinə hava limanındakı müasir miqrasiya xidmətləri barədə məlumat veriblər.

Hava Limanının 1-3-cü terminallarında nümayəndə heyətinə xidmətlərin əyani şəkildə nümayiş olunması üçün tur təşkil edilib. Burada sərnişinlər üçün 7-20 dəqiqə vaxt ərzində yeni pasportun hazırlanması, “smart” qapılar vasitəsilə təqribən 15 saniyə müddətində keçidin başa çatması, yeni yaradılmış əməliyyat otağında daha keyfiyyətli və sürətli xidmət göstərilməsinə gətirib çıxaran sərnişinlərin pasportlarının öncədən yoxlanılması, saxta pasport və sənədlərin tədqiqatı laboratoriyası və digər çoxsaylı xidmətlər barədə məlumat verilib

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti