Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən söhbət açıb. Xidmət rəisi miqrasiya proseslərinin idarəolunması, qanunsuz miqrasiyaya qarşı mübarizə kimi mövzularla bağlı fikirlərini bölüşüb. Miqrasiya prosesinin tənzimlənməsi ilə əlaqədar beynəlxalq əməkdaşlığın zəruriliyindən bəhs edib.

Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renate Held və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak öz növbələrində səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.

Sonra emiqrasiya, immiqrasiya, tranzit və sığınacaq məslələrindən irəli gələn prosedurların və proseslərin səmərəli şəkildə idarə olunması istiqamətində göstərilən səylərə töhfə vermək məqsədi daşıyan Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin əhəmiyyətindən danışılıb.

Qeyd edək ki,  Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi,  Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirəcəyi “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin açılışına oktyabrın 22-də start verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti