Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir

14 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

 

Tədbirdə bildirilmişdir ki, 15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu öndər Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etmişdir. Dahi lider ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan elan olunmamış qanlı müharibənin dayandırılmasına və atəşkəsə nail olmuşdur.

 

Qeyd edilmişdir ki, Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunması, dünya birliyində layiqli yer tutması məhz Ulu öndərin yenilməz iradəsi, böyük ürəkli Vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulmuş, Azərbaycan güclü bir dövlətə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılmışdır. Bu dövr ərzində Ümummilli lider Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarmışdır. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olunmuş, iqtisadi inkişafa geniş meydan açılmış, ölkəyə xarici sərmayələr cəlb edilmiş, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılmış, nizami ordu qurulmuş, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmiş, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmişdir. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Prezident cənab İlham Əliyev Ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.

 

Bildirilmişdir ki, müstəqil müasir Azərbaycan Respublikasının bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də əldə edilən bütün nailiyyətlər məhz 15 iyun 1993-cü ildə öz dahiliyini bir daha tarixin sınağına çıxarmış Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və ölkə Prezidenti cənab İlham Əliyevin davamlı fəaliyyəti nəticəsində mümkün olmuşdur.

 

Sonda 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş film nümayiş olunmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur