Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Dövlət Miqrasiya Xidmətində olmuşdur

12 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul etmişdir.

Görüş zamanı Azərbaycanla Pakistan arasında mövcud olan sıx əməkdaşlıqdan söhbət açılmış, miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Görüşdə həmçinin qonaqların nəzərinə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ərazisində yaşamaları qanuniləşdirilmiş Pakistan vətəndaşları barədə məlumatlar çatdırılmış, mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılmışdır. Hər iki tərəf qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd etmişdir.

Sonda səmimi qəbula görə öz təşəkkürünü bildirən qonaq Xidmət rəisini yeni təyinatı münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti