Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Ukrayna Respublikasının nümayəndə heyəti Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində olmuşdur

24 May 2011-ci il tarixdə ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Respublikası Ali Radasının  deputatı milis general-leytenantı Qritsak Vasiliy Nikolayeviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində olmuşdur.

 

Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev qonaqları səmimi salamlayaraq, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyət istiqamətləri, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, “bir pəncərə” prinsipinin tətbiqi, Xidmətin qısa müddət ərzində formalaşdırılmış strukturu, o cümlədən 5 regional idarənin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

 

Nümayəndə heyətinin rəhbəri V.Qritsak səmimi qəbula görə təşəkkür edərək, yeni yaranmış Ukrayna Respublikasının Dövlət Miqrasiya Xidməti haqda qısa məlumat vermiş, miqrasiya sahəsində Azərbaycan Respublikasının təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını bildirmiş və gələcəkdə iki dost ölkə arasında qurumlararası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.  

Sonda Ukrayna nümayəndə heyəti Xidmətin Heydər Əliyev Muzeyində, kitabxanada, Miqrasiya Məlumat Mərkəzində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu zalında olmuşdur.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti