Dövlət Miqrasiya Xidmətinin rəisi BP şirkətinin nümayəndə heyətini qəbul etmişdir

12 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları salamlayan F. Nəbiyev Q. Birrellini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir. BP şirkətinin neft sektorunun inkişafında mühüm rola malik olduğunu diqqətə çatdıran Xidmət rəisi şirkət tərəfindən görülən işlərə, bu sahədə əldə edilən nailiyyətlərə toxunmuş, Dövlət Miqrasiya Xidməti və BP arasında qarşılıqlı əməkdaşlıqdan bəhs etmişdir.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Q. Birrell BP şirkətinin icra etdiyi layihələrdəndanışmışdır. Bildirmişdir ki, bu layihələrin icrası üçün  azərbaycanlı, eləcə də əcnəbi mütəxəssislər cəlb edilmişdir. Qonaq bu sahədə Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın BP şirkəti üçün önəmli rol oynadığınıvurğulamışdır.

 

Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq, eləcə də BP şirkətinə cəlb edilən əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları və yaşamaları üçün müvafiq icazələrin verilməsi məsələləri ilə bağlı müzakirələr aparılmışdır.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur