“Miqrasiya Məktəbi – 8” layihəsinin bağlanış mərasimi keçirilib
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Miqrasiya Məktəbi – 8” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək layihə iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, layihə gənclərin miqrasiya sahəsində bilik və bacarıqlarının artırılması, onların dövlət idarəçiliyi prosesləri ilə yaxından tanış olması və gələcəyin peşəkar kadrları kimi formalaşmasına xidmət edən təşəbbüslərdən biridir. Vüsal Hüseynov qeyd edib ki, “Miqrasiya Məktəbi” layihəsi 2018-ci ildən etibarən həyata keçirilir və bu müddət ərzində 140-dan çox gəncin iştirakı ilə 220-dən artıq təlim təşkil olunub.
Tədbirdə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Aparat rəhbəri Mohammed Abdiker də iştirak edib. Bağlanış mərasimində çıxış edən Mohammed Abdiker iştirakçılara uğurlar arzulayıb və layihə ilə bağlı tövsiyələrini bildirib.
Həmçinin tədbirdə çıxış edən “Miqrasiya Məktəbi – 8” layihəsinin iştirakçıları əldə etdikləri təcrübələrdən bəhs edərək layihənin onların peşəkar və şəxsi inkişafına verdiyi töhfələri qeyd ediblər.
Sonra “Miqrasiya Məktəbi – 8” layihəsi çərçivəsində keçirilmiş təlimləri əks etdirən videoçarx nümayiş olunub.
Bağlanış mərasiminin sonunda layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.
Azərbaycan Respublikası