Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

20 İyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə tədbir keçirilib

20 İyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə ölkəmizdə qaçqın statusu verilmiş, həmçinin sığınacaq axtaran şəxslərin azyaşlı uşaqları üçün tədbir təşkil olunub.

Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkil edilməsi, onların sosial inteqrasiyasına dəstək göstərilməsi və Ümumdünya Qaçqınlar Gününün əhəmiyyətinin diqqətə çatdırılması olub.

Tədbir çərçivəsində uşaqlar üçün Bakı Zooloji Parkına ekskursiya təşkil edilib. Ekskursiya zamanı onlara parkın sakinləri olan müxtəlif heyvan növləri, onların yaşayış mühiti və mühafizəsi barədə məlumat verilib.

Sonra təşkil olunmuş əyləncəli proqram çərçivəsində uşaqlar xoş və yaddaqalan vaxt keçiriblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti