Dövlət Miqrasiya Xidmətinin rəisi ilə BMT-nin Miqrasiya Şəbəkəsinin Katibliyinin rəhbəri arasında görüş keçirilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Şəbəkəsinin Katibliyinin rəhbəri Conatan Prentis arasında videoformatda görüş keçirilib.
Xidmət rəisi “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə “Çempion ölkə” qismində ölkəmiz tərəfindən həyata keçirilmiş fəaliyyətlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. O, həmçinin 5-8 may 2026-cı il tarixlərində keçiriləcək ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq istiqamətində görülən işləri diqqətə çatdırıb.
Conatan Prentis Azərbaycan Respublikası tərəfindən Qlobal Paktın icrası üzrə atılan addımları xüsusi qeyd edərək bununla bağlı fikirlərini bölüşüb, eləcə də Foruma hazırlıq mərhələsində uğurlar arzulayıb.
Görüşdə ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu ilə əlaqədar milli, regional və qlobal səviyyədə həyata keçirilən tədbirlər, eləcə də Azərbaycanın 2026-cı il üzrə “Çempion ölkələr” təşəbbüsünün həmsədri kimi rolu barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası