Qaçqın statusu almış şəxslərin övladları üçün tədbir təşkil edilib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 19-cu ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə ölkəmizdə qaçqın statusu almış, həmçinin qaçqın statusunun verilməsi ilə bağlı müraciət etmiş şəxslərin övladları üçün tədbir təşkil olunub.
DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbir uşaqların sosial və mədəni inkişafını dəstəkləməklə yanaşı, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını təşviq etmək və xoşbəxt, sağlam böyümələrinə dəstək vermək məqsədi daşıyır.
Azərbaycan Respublikası