Dövlət Miqrasiya Xidmətinin rəisi dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla növbəti görüş keçirib.
Görüş zamanı Mentorluq Proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərə ümumi baxış keçirilib. Şahlar Məmmədovun proqram müddətində əldə etdiyi bilik və təcrübələr dəyərləndirilib. Bununla yanaşı, inkişaf perspektivləri və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Azərbaycan Respublikası