Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Avropa İttifaqına üzv olan bir sıra ölkələrin nümayəndələri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Danimarka Krallığının Xarici İşlər Nazirliyinin Miqrasiya və Konvensiyalar üzrə səfiri Nikolay Pitersen və İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Vüsal Hüseynov Azərbaycanın miqrasiya idarəçiliyi sistemi, Yüksəkixtisaslı Miqrant Portalı da daxil olmaqla bu sahədə həyata keçirilən yeniliklər, milli qanunvericiliyin əsas istiqamətləri, ümumilikdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Qarşı tərəf səmimi görüş üçün təşəkkürünü bildirib, miqrasiya sahəsində mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi istiqamətində addımların vacibliyini vurğulayıb.

Görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti