Dövlət Miqrasiya Xidmətində daxili intizam, etik davranış və təhlükəsizlik qaydalarına dair toplantılar keçirilib
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə “Daxili intizam, etik davranış və təhlükəsizlik qaydaları” mövzusunda toplantılar keçirilib.
Tədbirlər zamanı Daxili təhlükəsizlik idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Faiq Mustafayev çıxış edərək işçilərə Dövlət Miqrasiya Xidmətinin müvafiq normativ-hüquqi aktları, o cümlədən miqrasiya orqanları işçilərinin daxili intizam, etik davranış qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik tələbləri barədə ətraflı məlumat verib. Eyni zamanda yanğına qarşı rejimin müəyyən edilməsi ilə bağlı müvafiq əmrin tələbləri izah olunub, yanğın hallarının qarşısının alınması məqsədilə görülməli önləyici tədbirlər işçilərin diqqətinə çatdırılıb.
Sonda Xidmət rəhbərliyinin tələb və tövsiyələri iştirakçıların diqqətinə çatdırılıb, əməkdaşların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikası