Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti rüblük iclası keçirilib. İclasda Şura tərəfindən həyata keçirilmiş fəaliyyətlər, miqrasiya sahəsində reallaşdırılmış maarifləndirmə tədbirləri, monitorinq xarakterli səfərlər, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən hüquqi yardımlar barədə məlumat verilib.
Həmçinin, Xidmət ilə İctimai Şura arasında səmərəli əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlər, keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.
Eyni zamanda, 2026-cı il əzində İctimai Şuranın fəaliyyətinə dair iş planının hazırlanması qərara qalınıb və qarşıdakı dövr üçün prioritetlər müəyyənləşdirilib.
Azərbaycan Respublikası