Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin noyabr ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin noyabr ayı ərzində 5178 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 1576-sı müvəqqəti yaşama icazəsi, 123-ü müvəqqəti olma müddətinin uzadılması, 361-i vətəndaşlıq məsələləri, 435-i olduğu yer üzrə qeydiyyat, 326-sı daimi yaşama icazəsi, 532-i iş icazəsi, 207-i inzibati xəta, 1618-i isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
Azərbaycan Respublikası