Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Avropa və Mərkəzi Asiya üzrə regional direktorun müavini Dragan Aleksoskini və təşkilatın Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbakı qəbul edib.

Qonaqları salamlayan Vüsal Hüseynov BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında qurulmuş səmərəli əməkdaşlıqdan, Xidmət tərəfindən ötən dövr ərzində həyata keçirilən miqrasiya idarəçiliyi sisteminin effektivliyinin artırılması və innovativ yanaşmaların tətbiqinə yönələn layihələrdən, xüsusilə də Yüksək İxtisaslı Miqrant Portalından bəhs edib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən BMqT-nin regional direktorun müavini Dragan Aleksoski miqrasiya sahəsində birgə əməkdaşlığın önəmini qeyd edib, mövcud münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Görüşdə "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrası, 2026-cı ildə keçirilməsi planlaşdırılan ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq da daxil olmaqla, miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti