Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziçi qəbul edib.

Xidmət rəisi xanım Kuyundziçi Aİ-nin ölkəmizdəki Nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Vüsal Hüseynov Azərbaycanın miqrasiya idarəçiliyi sistemi, Yüksəkixtisaslı Miqrant Portalı da daxil olmaqla bu sahədə həyata keçirilən yeniliklər, milli qanunvericiliyin  əsas istiqamətləri, eləcə də miqrasiya proseslərinin tənzimlənməsində  tətbiq edilən rəqəmsal həllər barədə məlumat verib.

Xidmət rəisi qanuni miqrasiyanın təşviqi, tənzimlənməyən miqrasiyaya qarşı mübarizə istiqamətində Aİ ilə əməkdaşlığın əsas komponentlərindən olan icazəsiz yaşayan şəxslərin readmissiyasına dair sazişlərin icrası istiqamətində görülən işləri diqqətə çatdırıb və  bu Sazişlərin tətbiqi üçün hazırlanmış icra protokollarının layihələri ilə bağlı mövcud vəziyyət barədə fikirlərini bölüşüb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Mariyana Kuyundziç Azərbaycan və Avropa İttifaqı arasında miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini, DMX-nin Yüksəkixtisaslı Miqrant Proqramının icrasına başlanılmasının təqdirəlayiq olduğunu, eləcə də Xidmətin prioritet hesab etdiyi sahələrə dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti