Xidmətlərimizdən istifadə edən şəxslər arasında növbəti sorğu keçirilib
Miqrasiya prosesi iştirakçılarının məmnuniyyətinin təmin olunması, göstərilən xidmətlərin əlçatanlığı və şəffaflığı, eləcə də miqrasiya orqanlarının fəaliyyətində ictimai iştirakçılığın artırılması Dövlət Miqrasiya Xidmətinin əsas prioritet istiqamətlərindəndir.
Bu məqsədlə Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən Bakı şəhər Regional Miqrasiya Baş İdarəsində və əcnəbilərin daha çox üz tutduğu məkanlarda növbəti sorğu həyata keçirilib.
Sorğuda 60-dan çox respondent iştirak edib. Onlara miqrasiya xidmətlərinin əlçatanlığı, operativliyi və keyfiyyəti ilə bağlı suallar təqdim olunub.
Nəticələrə əsasən, respondentlərin 97%-i göstərilən xidmətləri müsbət qiymətləndirib.
Sorğuda iştirak edən şəxslərə təşəkkürümüzü bildirik!
Azərbaycan Respublikası


