newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının rəsmiləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbakı qəbul edib.

Qonaqları salamlayan Vüsal Hüseynov BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında uzun illər ərzində qurulmuş səmərəli əməkdaşlıqdan, bu çərçivəsində görülmüş işlərdən, eləcə də sonuncu görüşdən ötən dövr ərzində əməkdaşlığın dinamikasından bəhs edib.

Səmimi görüş üçün təşəkkürünü bildirən BMqT-nin Gürcüstandakı  nümayəndəliyinin rəhbəri Lars Yohan Lönnbak miqrasiya sahəsində tərəfdaşlığın və birgə əməkdaşlığın vacibliyini vurğulayıb, mövcud münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Görüşdə 2026-cı ildə keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumu, Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində fəaliyyətlər də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti