Dövlət Miqrasiya Xidmətində Anım Günü tədbiri keçirilib
Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti bütün ölkə ərazisində olduğu kimi Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrini xalqımıza bəxş edən rəşadətli Ordumuzun şəhid əsgər və zabitlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinə ucaldılmış 8 noyabr - Zəfər abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Dövlət Miqrasiya Xidmətinin akt zalında isə 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Dövlət himni səsləndirilib, görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbənin əhəmiyyətindən bəhs edib. O, dövlət-xalq-ordu birliyinin, xalqımızın möhkəm iradəsinin və hərbçilərimizin şücaətinin bu qələbədə həlledici rol oynadığını vurğulayıb. Həmçinin dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də işğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma və mərhələli şəkildə həyata keçirilən köç proseslərindən bəhs edib.
Tədbirin sonunda şəhidlərimizin qəhrəmanlığını əks etdirən sənədli film nümayiş olunub.
Allah şəhidlərimizə rəhmət etsin.
Azərbaycan Respublikası