newsPhoto

“Miqrasiya Məktəbi - 7” layihəsi çərçivəsində təlimlər davam etdirilir

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 7” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən keçirilib.

İnteraktiv şəkildə təşkil olunan təlimlər “Azərbaycan Respublikasının viza siyasəti”, “Heydər Əliyev və Hüquqi Dövlət Quruculuğu: Konstitusiya və Suverenlik”, “DMX-yə müraciət edən şəxslərin qəbulu və onların müraciətlərinə baxılma qaydası”, “Çağrı mərkəzinin fəaliyyəti ilə tanışlıq” və “Müvəqqəti yerləşdirmə mərkəzlərinin fəaliyyəti” mövzularına həsr olunub.

Bundan başqa iştirakçılar Bakı şəhər regional miqrasiya baş idarəsi, Xidmətin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi və Çağrı mərkəzi şöbələrinin, həmçinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinin fəaliyyəti və iş şəraiti ilə tanış olublar.

Xatırladaq ki, 6 ay davam edəcək layihə çərçivəsində iştirakçılar miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur