Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Xaçmaz və Qubaya səfər ediblər

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri mütəmadi olaraq təşkil etdikləri monitorinq səfərlərinin davamı olaraq növbəti dəfə Xaçmaz və Quba şəhərlərində olublar.

Səfər çərçivəsində Şura üzvləri Xaçmaz regional miqrasiya idarəsinin fəaliyyəti ilə yaxından tanış olublar. Onlara regional idarənin əhatə etdiyi rayonlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların ölkə ərazisində qanuniləşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlər, mütəmadi təşkil edilən səyyar xidmətlər, keçirilən maarifləndirmə tədbirləri və digər fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Həmçinin Şura üzvləri Quba “ASAN Xidmət” mərkəzində ümumi işin təşkili, burada göstərilən miqrasiya xidmətləri ilə tanış olublar. Onlara mərkəzin fəaliyyət istiqamətləri və təşkil olunan işin müxtəlif aspektləri barədə ümumi məlumat verilib, üzvləri maraqlandıran sualları cavablandırıblar.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti