Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrantların maliyyə ehtiyacları üzrə bacarıqların gücləndirilməsi ilə bağlı regional seminar keçirilib

Miqrasiya üzrə Regional Təlim Mərkəzinin kurikulumuna uyğun olaraq beynəlxalq ekspertlərin iştirakı ilə “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin yaxşılaşdırılması” layihəsi çərçivəsində üç günlük regional seminar keçirilib.

Region ölkələrinin miqrasiya məsələləri üzrə cavabdeh qurumlarının və mərkəzi banklarının təmsilçiləri  üçün təşkil olunan seminarda “Pul köçürmələrinin əhəmiyyəti və milli inkişafa töhfəsi”,  “Pul köçürmələri barədə statistik məlumatlar, onun miqyası və bu sahədə trendlər”, “Miqrantların maliyyə hüquqları” və digər mövzularda təqdimatlar edilib.

Seminar miqrantların maliyyə ehtiyaclarının daha yaxşı qarşılanması üçün potensialın artırılması, pul köçürmələri ilə bağlı məsələlərin müzakirəsi və ən yaxşı təcrübələrin paylaşılması məqsədilə Azərbaycan, eləcə də əsas mənşə və təyinat ölkələrinin aidiyyəti qurumları arasında beynəlxalq əməkdaşlığın formalaşdırılması məqsədilə təşkil olub.

Tədbir zamanı iştirakçılara Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri tərəfindən müxtəlif ölkələrdə təşkilatın pul köçürmələri sahəsində fəaliyyətini əks etdirən təqdimatlar edilib. Həmçinin müvafiq dövlət qurumları tərəfindən Azərbaycanın ən yaxşı təcrübələri barədə məlumat verilib. Eyni zamanda iştirakçılar sessiyalar zamanı öz ölkələrinin təcrübələrini bölüşüblər. Habelə miqrantların maliyyə ehtiyaclarının qarşılanması üzrə innovativ həllər ilə bağlı təkliflərin hazırlanması məqsədilə iştirakçılar arasında müsabiqə keçirilib.

Seminarın sonuncu günü isə miqrantlara göstərilən xidmətlər sahəsində Azərbaycanın ən yaxşı təcrübələri ilə tanış olmaq məqsədilə ASAN xidmət, Azərpoçt, ABB və “Rabitəbank”a səfərlər təşkil edilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti