newsPhoto

“İdarəçilikdə kouçinq” mövzusunda təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Toğrul Ələkbərov tərəfindən “İdarəçilikdə kouçinq” mövzusunda təlim keçirilib.

DMX-nın Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlim zamanı T. Ələkbərov iştirakçılara idarəçilikdə kouçinq və kouçvari liderlik barədə ətraflı məlumat verib, həmçinin idarəçilik üslublarının müəyyənləşdirilməsinə dair tapşırıqlar əsasında fikir mübadiləsi aparılıb.

İnteraktiv formatda keçən təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur