Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç ilə görüşüb.

Qonaqları səmimi salamlayan Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya proseslərinin tənzimlənməsi, respublikamızda yaşayan miqrantların ölkəmizin miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, onların insan hüquq və azadlıqlarının müdafiəsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini xüsusi vurğulayan Xidmət rəisi Türkiyə vətəndaşlarının Azərbaycanda yaşayan və işləyən əcnəbilər arasında üstünlük təşkil edən ölkə vətəndaşları sırasında olduğunu bildirib.

Xidmət rəisi iki ölkə arasında miqrasiya sahəsində  uğurlu əlaqələrin qurulduğunu və sıx əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Muharrem Kılıç rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, ölkələrimiz arasında miqrasiya sahəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyi, əlaqələrin bundan sonra da genişləndiriləcəyinə və yüksələn xəttlə inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

 Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti