newsPhoto

Şəki, Yevlax və Masallıda maarifləndirmə tədbirləri keçirib

Şəki, Yevlax və Masallıda “Miqrasiya proseslərinin təhsil sahəsində tənzimlənməsi və təhsil sahəsi ilə bağlı ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”, "Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olma və yaşama qaydaları. Qanunsuz miqrasiya hallarının aradan qaldırılması" mövzularında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, müəllim və tələbə heyəti, işəgötürənlər iştirak edib.

Şəki, Yevlax və Lənkəran regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, göstərilən xidmətlər, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri barədə məlumat verilib. Həmçinin ölkəmizdə təhsil alan əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi və müddətinin uzadılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan prosedur qaydalar izah olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur