newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin mart ayı ərzində cavablandırılmış zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2024-cü ilin mart ayı ərzində 4806 zəng cavablandırılıb. Onlardan 4254-ü Azərbaycan dilində, 525-i rus dilində, 27-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 1504-ü müvəqqəti yaşama icazəsi, 117-si müvəqqəti olma müddətinin uzadılması, 478-i vətəndaşlıq məsələləri, 553-ü olduğu yer üzrə qeydiyyat, 348-i daimi yaşama icazəsi, 494-ü iş icazəsi, 279-u inzibati xəta, 1033-ü isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur