newsPhoto

“Miqrasiya Məktəbi - 6” layihəsi çərçivəsində təlimlər davam etdirilir

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə həyata keçirilən növbəti “Miqrasiya Məktəbi – 6” layihəsi çərçivəsində təlimlər davam etdirilir.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən “Vətəndaşlıq məsələləri”, “İnzibati Xətalar Məcəlləsi - (miqrasiya sahəsində hüquqpozmalar)”, “Readmissiya və reinteqrasiya”, “Media savadlılığı”, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin və “Miqrasiya könüllüsü” İctimai Birliyinin sədrləri  tərəfindən isə “Təşkilati liderlik” və “Könüllülük hərəkatı” mövzularında interaktiv şəkildə təlimlər keçirilib.

Xatırladaq ki, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinin işi ilə də tanış olmaq imkanı əldə edəcək və proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcəkdir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur