newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində cavablandırılmış zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində 5782 zəng cavablandırılıb. Onlardan 5143-ü Azərbaycan dilində, 599-u rus dilində, 40-ı isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 1903-ü müvəqqəti yaşama icazəsi, 105-i müvəqqəti olma müddətinin uzadılması, 557-si vətəndaşlıq məsələləri, 568-i olduğu yer üzrə qeydiyyat, 451-i daimi yaşama icazəsi, 654-ü iş icazəsi, 302-si inzibati xəta, 1242-si isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur