Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib

Dövlət Miqrasiya Xidmətində şəxsi heyətinin iştirakı ilə “Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi” mövzusunda təlim keçirilib.

Məqsəd şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması,  böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, bu istiqamətdə onların bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Məşq zamanı toplanış siqnalı elan edilib. Xəbərdarlıq toplanışı siqnalı ilə əməkdaşların toplanma məntəqəsinə toplanışı və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb. Həmçinin əməkdaşlar fərdi müdafiə vasitələləri ilə tanış olublar. 

Sonda məşq prosesində yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti