newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin yanvar ayı ərzində cavablandırılmış zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 5756 zəng cavablandırılıb. Onlardan 5007-si Azərbaycan dilində, 684-ü rus dilində, 65-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2031-i müvəqqəti yaşama icazəsi, 75-i müvəqqəti olma müddətinin uzadılması, 502-si vətəndaşlıq məsələləri, 636-sı olduğu yer üzrə qeydiyyat, 387-si daimi yaşama icazəsi, 606-sı iş icazəsi, 338-i inzibati xəta, 1181-i isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur