newsPhoto

“Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda tədbir keçirilib

Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində Azərbaycan dilinin düzgün tətbiq olunması” mövzuda maarifləndirici tədbir keçirilib.

DMX-nin əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesinə nəzər salıb, onun zənginliyindən və saflığının qorunmasından bəhs edib. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətləri, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm əhəmiyyəti diqqətə çatdırılıb.

Dilimizin özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğunu bildirən dilçi professor onun inkişafı və saflığının qorunması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tədbir mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur