Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Qanunsuz miqrasiya ilə mübarizə sahəsində ictimai müzakirə təşkil olunub

Dövlət Miqrasiya Xidmətində “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan cəmiyyətinə miqrantların inteqrasiyası və bu sahədə tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib.

“Qanunsuz miqrasiya ilə mübarizədə QHT-lərin rolu” mövzusunda təşkil olunan ictimai müzakirədə miqrant qrupları ilə işləyən, o cümlədən insan alveri problemi ilə mübarizə aparan qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Xidmət tərəfindən qanuni miqrasiyanın təşviqi və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Sonra  “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov çıxış edərək qanunsuz miqrasiyanın yaranma səbəbləri və onunla mübarizə strategiyası haqqında danışıb. Bildirilib ki, bu kimi halların aradan qaldırılması hədəf qrupları arasında məlumatlandırma kampaniyasının daha əhatəli və intensiv aparılmasını zəruri edir.

Bununla yanaşı qeyri-hökümət təşkilatlarının nümayəndələri təmsil etdikləri ictimai təşkilatların ölkəmizin müxtəlif regionlarında həyata keçirdikləri tədbirləri, qanunsuz miqrantlarla və risk qrupuna aid edilən əcnəbilərlə bağlı üzləşdikləri həssas məsələləri diqqətə çatdırıblar. Xüsusilə də qanunsuz miqrasiyanın, o cümlədən insan alverinin yaratdığı fəsadlara nəzər salınıb, bu problemlə mübarizə ilə bağlı təklif və tövsiyələr qeyd edilib.

Sonda iştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti