newsPhoto

Ordubad və Culfada maarifləndirmə tədbirləri keçirilib

Naxçıvan regional miqrasiya baş idarəsi tərəfindən miqrasiya qanunvericiliyinin təbliği və bu sahədə məlumatlılıq səviyyəsinin daha da artırılması məqsədilə Ordubad və Culfa rayonlarında maarifləndirmə tədbirləri keçirilib.

“Qanunsuz miqrasiyanın qarşısının alınmasında aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti”, “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət” və “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” mövzularına həsr edilən tədbirlərdə DMX tərəfindən göstərilən elektron xidmətlər, onların sayının və keyfiyyətinin artırılması barədə məlumat verilib. Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət,  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur