Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

  

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın tam tərkibdə keçirilən ilk iclasında təşkilati məsələlərə baxılıb.

Tədbirdə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi  Vahid Qəhrəmanov seçilmiş üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.  O, İctimai Şuranın yeni tərkibindən gözləntilərin yüksək olduğunu vurğulayıb və iştirakçıları Xidmətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı barədə məlumatlandırıb, İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini bildirib.

Daha sonra İctimai Şuranın açıq səsvermə yolu ilə rəhbər vəzifələrinə seçki keçirilib. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil  İskəndərli Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilib. “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyinin sədri Fuad Əliyev və “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva İctimai Şuranın sədr müavinləri,  “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Məhsəti Hüseynova isə Şuranın katibi seçiliblər.

Tədbir zamanı İctimai Şura üzvləri tərəfindən gələcək fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti