newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2023-cü ilin fevral ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2023-ci ilin fevral ayı ərzində 7018 zəng cavablandırılıb. Onlardan 6119-u Azərbaycan dilində, 820-si rus dilində, 79-u isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2441-i müvəqqəti yaşama icazəsi, 268-i müvəqqəti olma müddətinin uzadılması, 528-i vətəndaşlıq məsələləri, 554-ü olduğu yer üzrə qeydiyyat, 597-si daimi yaşama icazəsi, 476-sı iş icazəsi, 1700-ü isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur