Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Turizm sektorunun nümayəndələri üçün seminar keçirilib

 

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası üçün səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə “Miqrasiya qanunvericiliyi sahəsində yeniliklər və elektron resurslardan səmərəli istifadə” mövzusunda seminar keçirilib.

Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşlarının, turizm sahəsində fəaliyyət göstərən özəl müəssisələrin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi seminarda çıxış edən DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov görüşün məqsədi, turizm sektorunda mövcud vəziyyət və bu sektorun miqrasiya ilə bağlı olan aktual aspektləri barədə məlumat verib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşları miqrasiya qanunvericiliyinin turizm məsələləri ilə bağlı müddəalarını və elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatlarla çıxış ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar Xidmət əməkdaşları tərəfindən cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti