newsPhoto

Dövlət Miqrasiya Xidmətində çalışan əməkdaşlar arasında şahmat yarışı keçirilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü münasibətilə təsdiqlənmiş illik tədbirlər planına əsasən əməkdaşlar arasında şahmat yarışı təşkil edilib.

DMX Həmkarlar İttifaqı Komitəsi tərəfindən həyata keçirilən turnirdə  Xidmətin müxtəlif struktur bölmələrindən 15 əməkdaş iştirak edib.

Dairəvi sistem üzrə keçirilən yarışda Nicat Əkbərov I, Ayaz Babayev II, Sərvan Məmmədov III yerə layiq görülüb.

Qalib və mükafatçılar Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev, Kadrlar və kadr hazırlığı idarəsinin rəis müavini, baş miqrasiya xidməti müşaviri Rəşad Əzimov və Respublika Şahmat Mərkəzinin əməkdaşı, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə tərəfindən təltif ediliblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur