newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü münasibətilə təsdiqlənmiş illik tədbirlər planına əsasən əməkdaşlar arasında stend atıcılığı üzrə yarış təşkil edilib.

DMX-nın Həmkarlar İttifaqı Komitəsi ilə birgə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Xidmətin 30 əməkdaşı bir araya gələrək silahlarını ən sərrast atıcı adı uğrunda hədəfə tuşlayıblar.

Üç mərhələdən ibarət yarışın nəticələrinə əsasən Nurlan Etibarlı, Faiq Mustafayev və Zaur Tarverdiyev müvafiq olaraq 1-ci, 2-ci, 3-cü yerləri bölüşüblər. Qaliblərə medal və diplomlar Bakı Atıcılıq Mərkəzinin direktoru Tamerlan Hacıyev, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Elnur Kələntərov tərəfindən təqdim edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur