Kürdəmirdə səyyar xidmət təşkil olunub

Ağsu regional miqrasiya idarəsi tərəfindən Kürdəmir rayonunda yaşayan sağlamlıq imkanı məhdud şəxsə səyyar xidmət göstərilib.

Səyyar xidmət zamanı Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı tələb olunan sənədlər şəxsin yaşadığı ünvanda qəbul edilib, həmçinin miqrasiya qanunvericiliyinə dair məlumatlar verilib.