newsPhoto

Ağsuda maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının inzibati binasında “Miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən hüquq - mühafizə orqanı və onun fəaliyyət istiqamətləri” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Ağsu rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri, işəgötürənlər, sahibkarlar, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbirdə miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən hüquq-mühafizə orqanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, həmçinin ölkə ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində sənədləşdirilməsi qaydaları ətraflı izah olunub.

Vətəndaş məmunluğunun təmin edilməsi, aidiyyəti şəxslərin bu sahədə hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdriləcəyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur