newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2021-ci ilin noyabr ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin noyabr ayı ərzində 7540 zəng daxil olub. Onlardan 6902-si Azərbaycan dilində, 563-ü rus dilində, 75-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2950-si müvəqqəti yaşama icazəsi, 1520-si müvəqqəti olma müddətinin uzadılması, 426-sı daimi yaşama icazəsi, 407-si iş icazəsi, 422-si vətəndaşlıq məsələləri, 370-i olduğu yer üzrə qeydiyyat, 1445-i isə digər məsələlərlə bağlı olub.